Massiv parketlər

Zövq, üslub, performans

Massiv parketlər bütövlükdə bərk təbii ağaclardan hazırlanır. Massiv parketin tirləri birləşdirici profillə frezlənir. Daxili gərginliklərin çıxarılması üçün lövhənin əks tərəfində uzununa mişarlanmalı yerlər - dəliklər açılır. Massiv parket müəyyən edilmiş və uyğunlaşdırılmış uzunluqlarda olur. Massiv ağacdan  döşəmələr zövq, üslub və performans üçün ənənəvi fərqləndirici əlamətdir.

Massiv parketlər
Massiv parketlər
Çoxqatlı parketlər
Çoxqatlı parketlər Çoxqatlı parketlər

Çoxqatlı parketlər

Təbii, stabil, eleqant

Çoxqatlı parketlər üst qatı bərk ağac növlərindən ibarət olmaqla  iki, üç və ya artıq qatdan ibarət olur. Çoxqatlı parketlərin daşıyıcı təbəqələri adətən iynəyarpaqlı ağaclardan, faner və ya ağaclifli lövhələrdən (HDF) hazırlanır.
Bəzən iynəyarpaqlı ağac konstruksiyalara parket lövhələri, faner konstruksiyalara isə mühəndis lövhələri  deyilir.

Laminat parketlər

Dayanıqlı, dəbli, praktik

Yüksək sıxlıqlı ağaclifli lövhələrin üzərinə qoruyucu təbəqə, dekorativ kağız, alt hissəsinə isə qoruyucu stabilləşdirici təbəqə presləyərək istehsal edilir.Laminat parketlər ağac əsaslı döşəmə örtükəri içərisində öz dözümlülüyü ilə seçilir.

Laminat parketlər
Laminat parketlər
Vinil örtüklər
Vinil örtüklər Vinil örtüklər

Vinil örtüklər

Dözümlü, dəbli, suya davamlı

Vinil döşəmələr- laminat və linoleum örtüklərinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən müasir, olduqca dözümlü döşəmə örtükləridir. Demək olar ki, tam nəmə davamlı olması bu örtükləri əvəzolunmaz edir.

Təbii linoleum və PVX örtüklər

Dayanıqlı, zövqlü, gigiyenik

Natural tərkibli linoleumlar və polivinixloriddən hazırlanmış rulon şəkilli örtüklər mərmər, təbii daş, modern beton, müxtəlif ağac və s. görünüşü ilə xəstəxanalar, ofislər, təhsil müəssisələri və digər iş yerləri üçün ən uyğun seçimdir.

Təbii linoleum və PVX örtüklər
Təbii linoleum və PVX örtüklər
Xalı-Kovrolin örtüklər
Xalı-Kovrolin örtüklər Xalı-Kovrolin örtüklər

Xalı-Kovrolin örtüklər

Məkanınızda doğmalıq və istilik

Xalı örtükləri məkanınıza doğmalıq və istilik veməklə yanaşı, ən geniş dizayn və rəng çeşidliliyi əldə etmək imkanı verir.
Taftinq, axminister, wilton toxunuşa malik həm ev, həm otel, həmçinin də iş yerləri üçün xalılar zövqlü görüntü verir.
Xalılar həm rulon, həm də plitə şəkilli olaraq istifadə olunur.

Yüksəldilmiş döşəmələr

Məkanınızda smart həllər

Müasir iş  yerlərində rabitə, elektrik, su və digər xəttlərin çəkilməsi artıq məkanınızın dizaynını və görüntüsü poza bilməz. Əlbəttə, əgər siz yüksəldilmiş döşəmələrdən istifadə etmisinizsə...

Yüksəldilmiş döşəmələr
Döşəmə aksessuarları

Döşəmə aksessuarları

Həqiqətən ağıllı və praktik

Döşəmə örtüklərinin montajı zamanı tamamlama işləri üçün haşiyələr-plintuslar, döşəmə profilləri, müxtəlif altlıqlar və s. kimi aksessuarlar istifadə  olunur. Təqdim etdiyimiz orijinal aksesuarlar döşəmənizdən daha uzun müddət həzz almanızı təmin edir. Döşəmənin keyfiyyəti, təkcə döşəmə örtüyünün deyil, həmçinin istifadə edilmiş aksessuarların keyfiyyəti ilə də əlaqədardır.

Döşəmə örtükləri üçün kimyəvi vasitələr

Quraşdırma, qulluq və təmizlik

Döşəmə örtüklərinin quraşdırılması, onların təmizlənməsi və onlara gündəlik qulluq göstərilməsi üçün seçilən kimyəvi vasitələrin keyfiyyəti  döşəmə örtüklərinin xidmət müddətini təyin edir.
Döşəmələrin quraşdırılması üçün astarlar, yapışqanlar, dolğular, cilalar və yağlar istifadə olunur. 
Professional qulluq və təmizlik vasitələrinin istifadəsi döşəmə örtüklərinizi hər zaman təzə və təravətli saxlamağa imkan verir. 

Döşəmə örtükləri üçün kimyəvi vasitələr
Təbii ağacdan terras və fasadlar
Təbii ağacdan terras və fasadlar Təbii ağacdan terras və fasadlar

Təbii ağacdan terras və fasadlar

Açıq məkanlarda təbiətin nəfəsi

Eksteriyerinizdə təbii ağac materiallarının istifadəsi məkanınızı təbiətin ayrılmaz hissəsinə çevirir. Termik emal edilmiş göyrüş və şam ağacları, həmçinin yağlı ağac növlərindən tik, iroko, ipe, bangkirai və s. kimi ağac növləri bu məqsədlər üçün uyğundur. 
Terraslar və basseyn kənarı sahələrdə təbii ağacdan istifadə edilkdə, zərif görünüşü ilə bərabər həm də komfort yaradılır. Təbii ağacdan hazırlanmış fasadlar gözəlliyi və eleqantlılığı ilə seçilir